
Manevr.az xəbər verir ki, layihə çərçivəsində görmə üzrə fiziki məhdudiyyəti olan 8 qız və qadına özünə xidmət, gigiyena, evdarlıq və kulinariya üzrə təlimlər təşkil edilib. Təlimlər vasitəsilə bu xanımlara isti və soyuq qəlyanaltılar, salat və şirniyyatların hazırlanması, ütüləmə, xırda tikiş, çay və yemək süfrələrinin hazırlanması, eləcə də süfrə arxasında yemək etiketi qaydaları öyrədilib.
Təlimlərə cəlb edilən psixoloq və sosial işçilər gözdən əlil xanımlarla sosial mövzuda müzakirələr apararaq onlara mənəvi dəstək göstərib. Təlimləri tamamilə görmə qabiliyyəti olmayan kulinar pedaqoq Günay Məmmədova aparıb.
İllər öncə görmə qabiliyyətini tamamilə itirən Günay Məmmədova, öz üzərində işləyərək, qaranlıq həyat şəraitinə tam inteqrasiya olub. O, kulinariya sahəsində bir sıra layihələrdə uğur qazanmış peşəkar pedaqoq olaraq, təlimlərdə iştirak edən xanımlara praktik dəstək göstərib. Onun həyatı və peşəkar nailiyyətləri iştirakçılara yüksək motivasiya verib.

