Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Görmə məhdudiyyətli xanımlara təlimlər keçirilib - ŞƏKİLLƏR

Tarix: 08-10-2024 20:02     Baxış: 393 A- / A+

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Əlil Ziyalılar İctimai Birliyi tərəfindən “Görmə üzrə fiziki məhdudiyyəti olan qızlara və qadınlara sosial dəstək” layihəsi icra olunur.

Manevr.az xəbər verir ki, layihə çərçivəsində  görmə üzrə fiziki məhdudiyyəti olan 8 qız və qadına özünə xidmət, gigiyena, evdarlıq və kulinariya üzrə təlimlər təşkil edilib. Təlimlər vasitəsilə bu xanımlara isti və soyuq qəlyanaltılar, salat və şirniyyatların hazırlanması, ütüləmə, xırda tikiş, çay və yemək süfrələrinin hazırlanması, eləcə də süfrə arxasında yemək etiketi qaydaları öyrədilib. 
Təlimlərə cəlb edilən psixoloq və sosial işçilər  gözdən əlil xanımlarla sosial mövzuda müzakirələr apararaq onlara mənəvi dəstək göstərib. Təlimləri tamamilə görmə qabiliyyəti olmayan kulinar pedaqoq Günay Məmmədova aparıb.

İllər öncə görmə qabiliyyətini tamamilə itirən Günay Məmmədova, öz üzərində işləyərək, qaranlıq həyat şəraitinə tam inteqrasiya olub. O, kulinariya sahəsində bir sıra layihələrdə uğur qazanmış peşəkar pedaqoq olaraq, təlimlərdə iştirak edən xanımlara praktik dəstək göstərib. Onun həyatı və peşəkar nailiyyətləri iştirakçılara yüksək motivasiya verib.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar