Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş məcburi köçkünlərin Bakıda yaşadığı evlər geri qaytarılır

Tarix: 08-10-2024 16:09     Baxış: 354 A- / A+

İndiyə qədər azad olunmuş ərazilərə köçən 137 ailə, yəni 474 nəfər başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarıldıqca, onların bəzilərinin indiyə qədər məskunlaşdığı, başqalarına məxsus evlər əvvəlki sahiblərinə təhvil verilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev bildirib ki, öz doğma yurdlarına qayıdan bu ailələr əsasən Bakı və Sumqayıtda başqalarına məxsus mənzillərdə məskunlaşmışdılar.
Onun sözlərinə görə, indiyə kimi başqalarına məxsus mənzillərdə məskunlaşmış 137 ailə, 474 keçmiş məcburi köçkün geri qayıdıb.
"Bakı və Sumqayıtla yanaşı, digər rayon və şəhərlərdə də başqalarına məxsus evlərdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər var. Həmin ailələr də öz doğma yurd-yuvalarına qaytarıldıqca, bu mənzillər sahiblərinə təhvil veriləcək".
Qeyd edək ki, bu günədək Zəngilan rayonunun Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Füzuli şəhəri, Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərində 2251 ailə, 8612 nəfərin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar