Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - ŞƏKİL

Tarix: 08-10-2024 09:41     Baxış: 3117 A- / A+
Zaqatala rayonunun əksər kəndlərində qəhvəyi mərmər bağacığı adlı böcək kütləvi şəkildə yayılıb. Artıq evlərə dolan böcəklər hər kəsi narahat etməyə başlayıb.
Manevr.az xəbər verir ki, ziyanverici böcəklər rayonun Aşağı Çardaqlar, Fındıqlı, Əliabad, Qandax, Kəpənəkçi və digər kəndlərdə müşahidə olunur. Sakinlərin sözlərinə görə təsərrüfatlar, meyvə bağları, evlərin divarları və içərisi böcəklərlə doludur.
Mütəxəssislərin sözlərinə görə, bu böcək 400 növ bitkiyə, 40-a qədər meyvə növünə ciddi zərər vurur. Toxunduqda pis qoxu yayan qəhvəyi mərmər bağacığı əsasən havanın temperaturunun yüksək olduğu saatlarda çoxala bilir.
Aqrar Xidmətlər Agentliyinin Balakən Regional Bitki Mühafizə Mərkəzinin rəisi Turac Səfərli "Report"un yerli bürosuna bildirib ki, mərkəzin əməkdaşları tərəfindən zərərvericilərin məhv edilməsinə başlanılıb:
"Payız ərəfəsində Zaqatala və Balakən rayonları ərazisində qəhvəyi mərmər bağacığının artımı müşahidə olunur. Qoz bağlarında, digər meyvə bağlarında yığım bitdikdən sonra kimyəvi mübarizə tədbirləri həyata keçiririk. Bağacığın kütləvi yayılmasının qarşısını almaq üçün bizimlə bərabər mən tövsiyə edərdim ki, hər bir vətəndaş özü də səy göstərsin, mexaniki üsulla evlərdə mübarizə aparsın. Bu böcəklər qışlama dövründə daha çox isti yerlərdə, müxtəlif əşyaların arasında gizlənir.
Əvvəlki dövrlərə nisbətən bağacığın yayılma arealı nisbətən genişlənib. Zaqatalanın 8, Balakənin isə 9 kəndində kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda mexaniki və kimyəvi mübarizə davam edir. Zaqatalada 40 hektardan çox, Balakəndə isə 69 hektara yaxın ərazidə kimyəvi mübarizə tədbiri aparılıb"."report"

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar