Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirə edildi

Tarix: 07-10-2024 20:28     Baxış: 337 A- / A+

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovu qəbul edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qonağı salamlayan müdafiə naziri onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirildiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-mayor A.Burxanov səmimi qəbula görə öz minnətdarlığını bildirib, general-polkovnik Z.Həsənova Özbəkistan müdafiə nazirinin salamlarını çatdırıb.
Sonra Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində rəsmi qarşılanma mərasimi təşkil edilib. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə özbəkistanlı həmkarı ilə fəxri qarovulun önündən keçib.
Komandanlar arasında keçirilən görüşdə Azərbaycan ilə Özbəkistanın digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın yeni perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Özbəkistan nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Manevr.az
    

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar