Xəbər lenti
Bakıda beynəlxalq seminar keçirilir
Manevr.az xəbər verir ki, BQXK-nın mühüm tədbirlərindən biri olan seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edirlər.
Məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.
Seminar, əsasən, müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir.
Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər.
Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.
Seminar oktyabrın 12-dək davam edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar