Xəbər lenti
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Paytaxt sakini bildirir ki, müqaviləsi olduğu halda telefon xəttini kəsiblər.
"Bu ayın ödənişini etmişəm, Heç bir xəbərdarlıq edilmədən ev telefonunu kəsiblər. Zəng vurmuşam səbəbi öyrənməyə, deyirlər ki, internetə qoşulmasanız, telefon işləməyəcək, ya da 110 manata bizdən modem almalısız".
Məsələ ilə bağlı "Baktelecom"-dan bildirildi ki, uzun illər istifadədə olan mis xətlərin köhnəlməsi, sıradan çıxması, dövrün tələblərinə cavab verməməsi və hazırda bərpası üçün texniki imkanın məhdud olması səbəbindən həmin ərazidə köhnə texnologiya vasitəsilə göstərilən telekommunikasiya xidmətlərinin təqdim edilməsi qurumun texniki imkanları xaricindədir:
"Lakin hazırda qurum tərəfindən mis xətlər üzərindən təqdim edilən rabitə xidmətlərinə alternativ olaraq GPON texnologiyası əsasında telekommunikasiya şəbəkəsinin qurulması və həmin şəbəkə üzərindən fiber-optik xətlər vasitəsilə daha keyfiyyətli telekommunikasiya xidmətlərinin (telefon, internet və s.) təqdim edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir.
Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzlərinə - "Aztelekom" abunəçilərindən "170", "Baktelecom" abunəçilərindən "155" qısa nömrəsinə müraciət etmələri xahiş olunur".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar