Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Greencard Azerbaijan"ın direktoru niyə həbs edilib?

Tarix: 05-10-2024 16:21     Baxış: 3104 A- / A+

"Abroad” MMC-nin rəhbəri və "Greencard Azerbaijan” şirkətinin direktoru, dələduzluqda təqsirləndirilən Rüfət Piriyev barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb. 

Manevr.az-ın qaynarinfo-ya istinadən məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Oktyabrın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Anar Sadıqovun sədrliyi ilə keçiriləcək.
Rüfət Piriyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 42 nəfər zərərçəkmiş qismində tanınıb. 

İş materiallarına görə, Rüfət Piriyev vətəndaşları viza düzəltmək adı ilə aldadıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.  Şikayətlər əsasında onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və o axtarışa verilib. Bu ilin yanvarında polis əməkdaşları Rüfət Piriyevin yerini müəyyən edib və o, saxlanılıb. Yasamal Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar