Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağa köçən 2800 sakin məşğulluqla təmin edildi

Tarix: 05-10-2024 14:09     Baxış: 345 A- / A+


Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 2800-dək şəxsin məşğulluğu təmin edilib, 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub.
Manevr.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə nazirlikdə keçirilən görüşdə deyib.

Söhbət zamanı Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunmasında, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkilində işəgötürənlərlə fəal və davamlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Eləcə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlərdən bəhs olunub.
Görüşdə işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərinin təşkili istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar