Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Düyü bu tarixdən kəskin ucuzlaşacaq

Tarix: 05-10-2024 12:18     Baxış: 448 A- / A+
Yerli düyü niyə bahadır? - FOTO
Dünyada düyü ucuzlaşmağa başlayıb. Artıq Asiya ölkələrində bu məhsul kəskin şəkildə ucuzlaşıb. Belə ki, Hindistan malların ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirib. Bu da qiymətlərə təsir edib.
Çərşənbə günü bazarlarda Asiya standartı olan 5 faizlik təmizlənmiş bir tay ağ düyününün qiyməti təxminən 11 faiz azalaraq bir ton üçün 509 dollar olub. Bu 2008-ci ilin mayından bəri düyü qiymətlərinin ən kəskin ucuzlaşmasıdır.
Xatırladaq ki, keçən il Hindistan seçkilər ərəfəsində yerli qiymətləri cilovlamaq üçün xaricə düyü satışına məhdudiyyətlər qoymuşdu.
Bu qərar nəticəsində regionda düyünün qiyməti xeyli artmışdı
Sentyabr ayında Yaponiyada düyünün qiyməti 28,3% bahalaşıb ki, bu da 1975-ci ilin sentyabrından bəri bu məhsulun ən sürətli qiymət artımıdır. Ölkədə düyü ehtiyatları yüksək tələbat fonunda tarixi minimuma düşüb.
Bəs dünya bazarlarında baş verən ucuzlaşma Azərbaycan bazarına necə təsir edəcək?
Manevr.az xəbər verir ki, məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, dünya birjalarında düyünün ucuzlaşması Azərbaycan bazarına da təsir edəcək:
“Dünya bazarında qiymətlərin qalxması ölkəmizdəki istehlak bazarına daha çox təsir edir. Amma qiymətlərin enməsi çox zaman təsirsiz olur. Ən yaxşı halda qiymətdə müəyyən sabitləşmə olur. Bu da onunla bağlıdır ki, ölkəmizdə inhisarçılıq var”.
Müsahibimiz onu da əlavə edib ki, Prezident İlham Əliyevin fərmanı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyindən nəzdindən çıxarılaraq, müstəqil qurum kimi fəaliyyətinə şərait yaradıldı:
“Bu da inam yaradır ki, Agentlik bazarda inhisarçılığa müəyyən mənada son qoyacaq. Bax, o zaman dünya bazarındakı qiymətlərin Azərbaycandakı qiymətlərlə eyni cür tənzimlənməsini görəcəyik. O cümlədən də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müdaxilə etsə, yaxın 2 ayda Azərbaycanda düyü kəskin ucuzlaşacaq. Nəzərə alaq ki, düyüyə olan ehtiyacımızın çox böyük hissəsi idxal hesabına ödənilir”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar