Xəbər lenti
Elman Paşayev külli miqdarda dələduzluqda ittiham olunur

Rusiyada azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə qarşı külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Manevr.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.
"Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (xüsusən külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur", deyə agentlik yazıb.
Mənbənin sözlərinə görə, Paşayev istintaqla əməkdaşlıq etmir. İstintaq çərçivəsində artıq 3 şahidin dindirildiyi də bildirilir.
Vəkil sentyabrın 17-də Moskvada saxlanılıb. Müstəntiqlərin fikrincə, 2024-cü ilin fevralında o, "marafon kraliçası" Yelena Blinovskayanın əri Aleksey Blinovskidən böyük məbləğdə vəsait - 46 milyon rubl alaraq, həyat yoldaşını cinayət məsuliyyətindən azad etdirəcəyinə vəd verib.
Bundan başqa, Paşayev xüsusi hərbi əməliyyat zonasına (Ukraynadakı müharibə) gedən məhbuslara pul müqabilində arxa cəbhədə qalmağı təklif edib./qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar