Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək

Tarix: 01-10-2024 19:29     Baxış: 350 A- / A+


Balakənin ucqar İtitala kəndində velisoped zolağı çəkilə bilər.
Manevr.az xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyəti başçısının İtitala kənd ərazi icra nümayəndəsi German Balayev Azərtac-a açıqlamasında deyib.
O, məktəblilərin və sakinlərin təhlükəsizlik zolağı ilə bağlı təkliflərindən xəbərdar olduqlarını bildirir:
“Uşaqların məktəbə velosipedlə gəlməsi təqdirəlayiq haldır. Həm vaxta qənaət olunur, həm də sağlamlıqdır. Ancaq son zamanlar yollarda maşınlar da çoxalıb. Ona görə də təhlükəsizlik baxımından yolun kənarlarında velosiped zolağı çəkməyi planlaşdırırıq. Növbəti ildə bununla bağlı müvafiq təşkilat və orqanlarla məsləhətləşmələr aparmaq istəyirik. Bu zolaqların olması velosiped sürənlərin təhlükəsizliyi üçün çox vacibdir”, - deyən kənd icra nümayəndəsi paytaxt Bakıda belə işlərin görülməsindən sonra onlarda da bu məsələnin aktuallaşdığını vurğulayıb.
Onun sözlərinə görə, kənd sakinlərinin velosipeddən istifadə etməyə üstünlük verməsi həm də havanın çirklənməsinin qarşısını alır.
Qeyd edək ki, İtitala kəndi ölkəmizdə ən çox velospedi olan yaşayış məntəqəsi kimi tanınır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar