Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nazim Bəydəmirli 8 il cəza aldı

Tarix: 30-09-2024 16:53     Baxış: 377 A- / A+


Nazim Bəydəmirliyə 8 il CƏZA VERİLDİ
Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Bəydəmirlinin vəkili  Aqil Layıc müvəkkilinin təqsirsizliyini göstərən sübutları sadalayıb.
Vəkil verilmiş ittihamların əsaslı olmadığını bəyan edərək bəraət hökmü çıxarılmasını xahiş edib. 
N.Bəydəmirli isə son sözündə özünü təqsirsiz bildiyini qeyd edərək, “mən nə iqtidara, nə müxalifətə yaxın olmuşam. Tam müstəqil deputat idim. Bəs nəyin və kimin günahını çəkirəm? Mən sifarişlə də həbs edilməmişəm. Adımın da siyasi məhbus kimi hallanması heç xoş deyil. Bu işdə mən günahsızam. Məhkəmədən bəraət istəyirəm, - deyib. 
Bütün çıxışlar yekunlaşdıqdan sonra hökm elan edilib. Fərid Namazovun sədrlik etdiyi məhkəmə heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Hökmə əsasən, Nazim Bəydəmirli hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb./qafqazinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar