Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qeyri-iş günlərində çalışan işçilərə bu qədər pul veriləcək? - Hesab qaydası

Tarix: 29-09-2024 14:04     Baxış: 347 A- / A+

Əmək Məcəlləsinə əsasən, bəzi xidmət müəssisələrinin işçiləri bayram və qeyri-iş günlərində işə cəlb oluna bilərlər. Bunlar əsasən dövlətin müdafiəsinin təmin olunması, hansısa təbii fəlakət, istehsalat qəzasının, həmçinin, su, qaz, kanalizasiya, rabitə və bu kimi müəssisələrdə xidmətin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqdır.
Lakin bəzən bunların heç biri olmasa belə, bəzi müəssisələr bayram günlərində əməkdaşlarını işə cəlb edirlər.

Belə olduqda istirahət etməli olan işçiyə əməkhaqqı hansı qaydada ödənilməlidir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Aytac Qurbanova Bizim.Media-ya açıqlamasında bildirib ki, işçi qeyri-iş günündə işləyirsə, ona ən azı ikiqat əməkhaqqı ödənilməlidir:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin bayram, qeyri-iş və istirahət günlərində işə çağırılması halında onların əmək haqlarının ədalətli şəkildə ödənilməsini təmin edir.
Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, işçi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işlədikdə, onun əmək haqqı ən azı ikiqat məbləğdə ödənilməlidir. Belə bir yanaşma işçilərin əmək şəraitini tənzimləyir və onlara əlavə motivasiya təmin edir. Bayram və qeyri-iş günlərində işə gəlməyin işçilər üçün könüllü xarakter daşıdığını vurğulamaq da vacibdir”.
Hüquqşünasın sözlərinə görə, bu qayda aylıq sabit maaşı olan və olmayan işçilərə də aiddir. O qeyd edib ki, tərəflər arasında razılaşma əsasında bu gün başqa günlə əvəzlənə bilər:
“Aylıq sabit maaşı olan işçilər üçün də eyni qaydalar qüvvədədir. Əgər belə bir işçi bayram və qeyri-iş günlərində işləyirsə, onun əmək haqqı da ən azı ikiqat ödənilməlidir. Bu, işçilərin hüquqlarının hərtərəfli qorunmasını təmin edən mühüm tənzimləmədir. Aylıq maaşı olan işçilər də əlavə əmək yükü halında qanunla tələb olunan bu ikiqat əmək haqqını almaq hüququna malikdirlər.
İşəgötürən və işçi arasında qarşılıqlı razılıq əsasında işçinin istirahət günü başqa bir günə dəyişdirilə bilər. Əgər bu dəyişiklik həyata keçirilərsə, əlavə ödənişin edilməsi tələb olunmur. Bu qayda, istirahət günündə işləyən işçilərin hüquqlarının qorunması və ədalətli şəkildə mükafatlandırılmasını təmin edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar