Xəbər lenti
İsrailin öldürdüyü “Hizbullah” lideri Həsən Nəsrullah kimdir? – ONU TANI
İsrail ordusu cümə günü Beyrutda keçirilən qanlı bombardmanda “Hizbullah” lideri Həsən Nəsrullahı öldürdüklərini açıqlayıb. Bəs, “Hizbullah” lideri Nəsrullah kimdir?
Manevr.az lent.az-a istinadla Həsən Həsrullahın həyatında maraqlı məqamlarını təqdim edir.
“Hizbullah” lideri Həsən Nəsrullah 1960-cı il avqustun 31-də Livanın paytaxtı Beyrutun şimal-şərqindəki Burc Hamud bölgəsində anadan olub. 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda 15 yaşı olan Nəsrullah ailəsi ilə birlikdə doğulduğu Sur şəhərinin əl-Bəzuriyə kəndinə qayıdıb və oradakı şiə Əməl hərəkatına qoşulub.
İraq və İranın şiə mərkəzlərində “havza” adlı məktəblərdə dini təhsil alan Nəsrullah daha sonra Livana qayıdıb və Əməl hərəkatının lideri Abbas Musəvinin qurduğu məktəbdə təhsil alıb. O, 1982-ci ildə İsrail Livanı işğal etdikdən sonra “Hizbullah” təşkilatına qoşulub. Abbas Musəvi 1992-ci ildə İsrail tərəfindən öldürüldükdən sonra 1992-ci il fevralın 12-də “Hizbullah”ın baş katibi seçilib.
İsrail-Livan müharibəsi zamanı, 2006-cı il iyulun 14-də Nəsrullahın bir neçə saat əvvəl ziyarət etdiyi ofis İsrailin atdığı bombalar nəticəsində dağıdılıb. Lakin Nəsrullah sağ-salamat qaça bilib. “Hizbullah”ın 2000-ci ildə Livanın cənubunun 22 illik İsrail işğalından azad edilməsində, daha sonra isə 2006-cı ilin iyul müharibəsində İsrailə qarşı oynadığı rol Nəsrullaha böyük nüfuz qazandırsa da, 2006-cı il Livan müharibəsinin qalibi bir çox Yaxın Şərq ölkələrində “Hizbullah” olaraq görülüb.
Nəsrullah həmçinin Livan və ərəb məhbuslarının və İsrailin əlində olan üsyançıların cəsədlərinin qaytarılması üçün mübadilə sazişinin imzalanmasında mühüm rol oynayıb.
O, Əsədi dəstəkləyəndən sonra populyarlığını itririb
Möhtəşəm çıxışları və güclü şəxsiyyəti onu ərəb və islam dünyasında məşhur edən amillər olsa da, çıxışları geniş əks-səda və diqqət qazanıb. Lakin 2011-ci ildə baş verən Suriya inqilabını yatırmaqda “Hizbullah” Bəşər Əsəd rejiminin tərəfinə keçdikdən sonra Nəsrullah populyarlığını xeyli itirib.
“Hizbullah” İranın dəstəklədiyi digər silahlı hərəkatlarla birlikdə Əsəd rejiminin Suriyada inqilabçılara qarşı başlatdığı müharibədə iştirak edib, Suriyanın bir çox qəsəbə və şəhərində qırğınlar törədib, milyonlarla suriyalının didərgin düşməsinə töhfə verib. Bu, “Hizbullah”a, onun rəhbərliyinə və xüsusən də Nəsrullaha qarşı ciddi tənqidlərə səbəb olub.
Nəsrullahın adı “HƏMAS”ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının 2023-cü il oktyabrın 7-də “Fələstinlilərə, xüsusən də Məscidül-Əqsa kimi müğddəs dəyərlərə qarşı davamlı qanunsuzluqlara cavab vermək və İsrailə qarşı genişmiqyaslı hücuma keçməsindən sonra yenidən gündəmə gəlib.
Nəsrullah Fələstin müqavimətinə dəstək üçün Livanın cənubunda İsrailə qarşı cəbhə açıldığını açıqlayıb və bir çox çıxışlarında Qəzzada müharibə bitənə qədər bu cəbhənin sakitləşməyəcəyini bildirib. Bununla belə, Nəsrullah bu cəbhənin Fələstinə dəstək cəbhəsi olduğunu vurğulayaraq, İsraillə hərtərəfli müharibəyə girmək istəmədiklərini eyham edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar