Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Gədəbəy hadisələri “Anglo Asian Mining”ı vurdu: 3 mln. manat zərər

Tarix: 26-09-2024 22:34     Baxış: 3143 A- / A+
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkətinin 2024-cü ilin ilk yarısında hasilatı kəskin azalıb. Nəticədə şirkət 1,7 milyon dollar zərər edib.  

Mədən şirkətinin qızıl hasilatı ötən ilin eyni dövrünə nisbətən 3,1 dəfə azalaraq 2024-cü ilin ilk yarısında 4,704 unsiya təşkil edib.  2023-cü ilin I yarısında bu rəqəm 14,623 unsiyaya bərabər olub. 

Şirkətin mis hasilatı son bir ildə 1 870 tondan 100 tona düşüb. Gümüş hasilatı isə 2023-cü ilin ilk yarısındakı 44 696 unsiyadan bu ilin birinci rübündə 12 746 unsiyaya qədər azalıb. 

AAM-in qızıl külçə satışı isə bu ilin birinci yarısında 10,506 unsiyadan 6 min unsiyaya enib.   Ümumilikdə “Anglo-Asian Mining” 2024-cü ilin yanvar-iyun ayları üzrə 1,7 milyon dollar (2,89 mln. AZN) zərər edib. Halbuki, ötən ilin eyni dövründə şirkət 5,6 milyon manat xalis mənfəət açıqlamışdı. 

Qeyd edək ki, bu ilin əvvəlində Gədəbəyin Söyüdlü kəndində sakinlərin etirazından sonra  “Gədəbəy” yatağından qızıl hasilatı  dayandırılmışdı.  Bu isə şirkəti ümumi hasilatına mənfi təsir edib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar