Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin ALPİN PUA-ları Bakıda sərgilənir

Tarix: 26-09-2024 17:15     Baxış: 328 A- / A+

Türkiyənin "Titra" şirkətinin istehsal etdiyi ALPİN pilotsuz uçuş aparatı "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisində ilk dəfə nümayiş etdirilir.
Manevr.az xəbər verir ki, bununla bağlı Trend-ə şirkətin nümayəndələri məlumat veriblər.
Bildirilib ki, ALPİN pilotsuz uçuş aparatı müasir texnologiyalara əsaslanan çoxfunksiyalı bir platformadır:
"Bu aparat müxtəlif missiyalarda istifadə oluna bilən müxtəlif faydalı yük seçimləri və üstün performans xüsusiyyətləri ilə təchiz olunub. ALPİN pilotsuz uçuş aparatının EO/IR Kameraları (Elektron Optik/İnfraqırmızı), gecə və gündüz missiyaları üçün yüksək görüntüləmə, SAR Radar - hər hansı hava şəraitində dəqiq görüntü və hədəf aşkar etmə üçün radar sistemi, fərqli yük daşıma sistemləri ilə təchiz oluna bilən dron, xüsusi avadanlıqların asan daşınması üçün yük qaldırma üçün mexaniki köməkçi sistem, bağlı yüklərin daşınması üçün qutulu yük sistemi mövcuddur. Bu sistemlər maksimum 200 kiloqrama qədər faydalı yük daşıya bilər".
Məlumat verilib ki, PUA-nın uzunluğu 6.27 metr, hündürlüyü 2.47 metrdir:
"Havada qalma müddəti 9 saat və daha çox, yanacaq tipi benzin, 175 litr tutumludur. Bu pilotsuz uçuş aparatı, hərbi, humanitar və kommersiya missiyaları üçün ideal bir seçimdir, çünki yüksək performanslı və geniş faydalı yük daşınma imkanlarına malikdir".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar