Yediyimiz qidaların bədənimizə həm müsbət, həm də mənfi təsirləri var.
Manevr.az xəbər verir ki, aparılan tədqiqatlar təkrar istifadə edilən yağda bişirilən qidaların beyinə zərərli olduğunu ortaya çıxarıb.
Sağlamlığa zərərli olan qızardılmış qida deyil, istifadə olunan yağdır. Yağ bir dəfədən çox istifadə edilərsə, kanserogen mənbəyinə çevrilir. Riski ən çox olan qidalar isə kartof qızartması və qızardılmış toyuqdur.
Bununla bağlı Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin alimləri tərəfindən siçanlar üzərində tədqiqat aparılıb. Təkrar istifadə olunan qızardılmış yağda bişən qidaları yeyən siçanların orqanizmində mənfiyə doğru dəyişikliklər baş verib. Hətta siçanların balalarında da oxşar problemlər müşahidə olunub.
Tədqiqatçılar bir neçə dəfədən artıq istifadə edilən yağların qaraciyər, bağırsaq və beyin arasındakı iki tərəfli əlaqələrə mənfi təsir göstərdiyini, hətta nevroloji problemlərin yaranmasına səbəb olduğunu bildiriblər.sfera.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar