Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Bu vəkillər kollegiyadan çıxarıldı

Tarix: 25-09-2024 21:09     Baxış: 337 A- / A+
Bu vəkillər kollegiyadan çıxarıldı

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Manevr.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
 
İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan dörd vəkilin isə fəaliyyətinin bərpa olunması barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına order markası ayrılması barədə həmin Kollegiyanın sədrinin məktubuna, habelə “ULBS” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb, müvafiq qərarlar qəbul edilib.
 
Həmçinin bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, hakimliyə qəbulla bağlı tədrisə cəlb olunan vəkillərin müəyyən müddətdə üzvlük haqqından azad olunmaları, o cümlədən öz istəkləri ilə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
 
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 1 irad, 2 vəkilə isə xəbərdarlıq olunub.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar