Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Elza Seyidcahan lombard rəhbərini polisə verdi

Tarix: 25-09-2024 17:46     Baxış: 3138 A- / A+


Elza Seyidcahan  lombard rəhbərini  polisə verdi
Əməkdar artist Elza Seyidcahanın başına yenə iş gəlib.
Manevr.az xəbər verir ki, bu barədə sənətçi özü "Instagram" səhifəsində məlumat yayıb. O, lombarda olan borcunu ödədikdən sonra girov qoyduğu qızılları geri ala bilmədiyini açıqlayıb:
"Bir ildən çoxdur, lombarda məlum səbəblərdən ailə üzvlərimizin, qızımın, anamın, rəfiqələrimin zinət əşyaları girova qoymuşduq. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. 100 min manata yaxın dəyərdə qızıl qoyub, pul götürdük. Onu da 3 qat aşağı qiymətinə götürdülər. Qısa müddətdə borcu ödədik. Bir ildən çoxdur ki, zinət əşyalarımızı vermirlər. Dedilər ki, pulu verin, 1 həftəyə qızılları qaytaracağıq. Amma üstündən aylar keçdi.

Lombardda zinət əşyalarımızı mənimsəyən Abdullayev Xəyaldır. Qızılları alıb və qaytarmır. Daxili İşlər Nazirliyinə müraciət etdim və qısa müddətdə onu tapdılar. Yasamal rayon Məhkəməsindən xahiş edirəm ki, işə ədalətli baxılsın", - o bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar