Xəbər lenti
Hakimiyyəti zorla ələ keçirmək istəyənlər "Whatsapp" qrupu yaradıblar - MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil təqsirləndirilən şəxsin qandallarının açılmasını tələb edib.
Hakim vəkilin tələbini təmin edib. Daha sonra, söz dövlət ittihamçısı Orxan Kəngərliyə verilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. O, ittiham aktında bildirib ki, Elşən Kərimov bir qrup şəxslə əlbir olub hakimiyyətin ələ keçirilməsi ilə bağlı paylaşımlar və "Whatsapp"da yaratdığı qrupda bununla bağlı çağırışlar edib.
Məhkəmənin davamında hakim dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovdan özünü təqsirli bilib-bilmədiyini soruşub.
Elşən Kərimov özünü qismən təqsirli bilib. Onun sərbəst ifadə verməsi üçün proses təxirə salınıb.
Məhkəmənin növbəti prosesi oktyabrın 15-ə təyin edilib.
Qeyd edək ki, 57 yaşlı Elşən Kərimov uzun illərdir Rusiyada yaşayıb. O, bu ilin aprelinin 17-də atasının yas mərasimində iştirak etmək üçün Yevlax rayonunun Rüstəmli kəndinə gəlib. Elə yas mərasimində də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib. lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar