Xəbər lenti
ADSEA texniki şərt almağın yeni qaydalarını əks etdirən məlumat kitabçası hazırladı
Ümumi müddəalar, hansı obyektlər mövcud şəbəkəyə qoşula bilər, əsas anlayışlar, texniki şərtlər, sifarişçi, tikinti obyektləri, xidmət nöqtələri, qoşulma nöqtəsi, qoşulma müqaviləsi, texnoloji qoşulma, fiziki qoşulma, qoşulma aktı, Kommunal Xidmətlərin Vahid İnformasiya Sisteminin fəaliyyəti, məişət abonenti, investisiya proqramı, məişət abonentləri üçün tələb olunan sənədlər, qeyri-yaşayış təyinatlı tikinti obyektlərindən tələb olunan sənədlər, tikinti obyektlərinin şəbəkəyə qoşulması prosesi yarımbaşlıqları ilə təqdim olunan kitabçadan istifadə etməklə rahat şəkildə texniki şərt almaq istəyinizi gerçəkləşdirə bilərsiniz.
Yeni qaydalar vətəndaş məmnuniyyətinin əsasını təşkil etdiyi üçün əvvəlki qaydalardan xeyli fərqlənir. Əvvəl texniki şərt almaq üçün 60 gün gözləməli olurduqsa, hazırda 3 mərhələ üzrə cəmi 30 təqvim günü ərzində proses yekunlaşacaq. Əvvəlki qaydalarda 13 prosedur tələb olunurdu, müraciət edən şəxs yeni qaydalara görə cəmi 3 prosedur keçməli olacaq.
Texniki şərtlərin hazırlanması, layihə sənədlərinin hazırlanması, tikinti-quraşdırma işlərinin həyata keçirilməsi işlərinə hər biri üçün 10 gün nəzərdə tutulub. Abonent olmaq istəyən vətəndaş ASAN Xidmət və Kommunal Mərkəzləri, KOB evləri, elektron su portalı (e-su.az), elektron hökumət (e-gov.az) portalı vasitəsilə qoşulmaya müraciət edə bilər.
Həm sahibkar, həm də fərdi yaşayış evinin sakinləri texniki şərt almaq üçün Tarif Şurasının müəyyənləşdirdiyi məbləğdə ödəniş edəcəklər. Bu ödənişin qarşılığında təchizatçı qurum abonentin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulmasını yüksək səviyyədə təmin edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar