Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu yubkanızı gecə klubuna geyinin” - ATU-nun müəllimi /ŞƏKİL

Tarix: 24-09-2024 11:28     Baxış: 336 A- / A+
Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib.
Pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb.
Bundan sonra müəllim sosial şəbəkələrdə tənqid olunub.
Manevr.az məlumatına görə, oxu.az mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovaya müraciət edib. G. Aslanova bildirib ki, məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb: “Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır”.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar