Sizin Reklam Burada
Xəbər lenti
27-09-2024
26-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən iş adamı kimdir?

Tarix: 23-09-2024 23:18     Baxış: 349 A- / A+
"Pulun varsa və kiminləsə bəhsə girmisənsə, haradan və hansı müğənnini istəsən, toya, ad gününə gətirə bilərsən. Hər şey puldan asılıdır".

Şou-biznes və mədəniyyət məsələləri üzrə ekspert Anar Vəziroğlu türk sənətçi Petek Dinçözün bir şəxsin bağında 8 nəfərin iştirak etdiyi məclisdən 70 min dollar qonorar alması ilə bağlı məlumatdan danışarkən deyib.

Ekspert yerli sənətçilərin tədbirlərə türk ulduzlarından baha getdiyini vurğulayıb: 

"Bizimkilərə ondan çox verirlər. Röya toya 30 min manata gedir. Azdır 30 min manat? Aygün də onun kimi. Bizimkilər də o qiymətə gedirlər. Görünür, Petek Dinçözü də kiminsə gözü tutub. Deyib ki, onu gətirəcəyəm, 70 min də verəcəyəm. Bu bizdə gözlə görünən xasiyyətdir. Deyir, filankəs bu qiymətə gətiribsə, mən ondan artıq verəcəyəm".

Anar Vəziroğlu deyib ki, Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən iş adamı olub:

"Hələ Telman İsmayılovu demirəm, bir dəfə "bərkgedən" müğənnilərin birini çağırıb, ona 3 milyon manat, üstündə də saat hədiyyə etmişdi. Adam var, uşağı üçün pul xərcləyir, adam da var qonşu ilə bəhsə girir. Yəni tanıdığı şəxs 100 min veribsə, bu 200 min verir. Biz uşağımıza toy etsək, ora heç İzzət Bağırov da gəlməz. Görünür, bunların ətrafı böyükdür ki, Petek Dinçözü gətirə bilib".

Qeyd edək ki, bu günlərdə türk müğənni Petek Dinçöz Bakıya qonaq gəlib. Sənətçi Bakıdakı bağlardan birində 8 nəfər üçün oxuduğu məclisdən 70 min dollar qonorar alıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar