Xəbər lenti
Yeni Bakı-Sumqayıt yolu nə vaxt çəkiləcək? - AÇIQLAMA

Hazırda ən böyük tıxac Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi - "20 Yanvar" metrosu hissəsində olur. Bu yolda günün istənilən saatında tıxac var. Buna görə də Bakı və Sumqayıt arasında alternativ yol çəkilməlidir.
Manevr.az xəbər verir ki, bunu bakupost.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirib ki, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb. Məlumatlar olsa da, layihə hələ ki ictimai müzakirəyə çıxarılmayıb:
“Bakı-Sumqayıt yolunda tıxac dözülməz olduğundan, bu istiqamətdə nəinki bir, hətta bir neçə alternativ yolun yaradılmasına ehtiyac var. Bu, Bakı-Sumqayıt yolunda nəqliyyat yükünün azalmasına səbəb olar. Vaxtılə Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolu ilə birləşən 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması müzakirə olunmuşdu. Bu paytaxta alternativ girişi təmin edəcək bir yol olacaqdı. Amma nədənsə hələ ki bu layihədən bir xəbər yoxdur”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar