Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sədrinə hökm oxundu

Tarix: 23-09-2024 11:58     Baxış: 456 A- / A+
Bələdiyyə sədrinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda törədildikdə) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma), 308.1 (vəzifə saxtakarlığı) və 313-cü maddələri ilə təqsirləndirilən şəxslər- Atayeva Sevinc Sahib qızı, Cahangirov Əli Ağamir oğlu, Məmmədov Ruslan Məmməd oğlu, Xalıqov Elçin Rəcəb oğlu və Xanlarov Elşən Kazım oğlunun növbəti məhkəmə prosesi keçirilib.

Manevr.az
-ın məlumatına görə, cinayət işində zərərçəkmiş qismində Xəzər rayon Şağan bələdiyyəsi və Əliyev Aydın Qulu oğlu tanınıb. Məhkəmə prosesi təqsirləndirilən şəxslərin vəkillərinin çıxışları ilə davam edib və hər biri hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib. Sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Əli Cahangirov özünü qismən təqsirli bilib. Sevinc Atayeva son sözündə bunları deyib:

"Mənim bu cinayət işində hər hansı günahım, əlbirliyim olmayıb. Mən seçiləndə Şağan Bələdiyyəsinin arxivi olmayıb. Onu yaratmışıq. Bir çox abadlıq işləri görmüşəm. Bu işlə bağlı vətəndaş mənə sənədin əslini verdiyinə görə mən ona arayış vermişəm. Mənə bəraət verməyinizi xahiş edirəm".

Çıxışlar bitdikdən sonra hakim müşavirəyə gedib və hökm elan olunub. Sevinc Atayeva 1 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 2 min manat cərimə edilib. Digər şəxslərə də müxtəlif məbləğlərdə cərimə cəzası tətbiq edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Orxan Səmədov ötən məhkəmə prosesində təqsirləndirilən şəxslərə müxtəlif cəzalar istəmişdi.

Xatırladaq ki, 2023-cü ilin iyul ayında Xəzər rayonu, Şağan Bələdiyyəsinin sədri vəzifəsini icra edən Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 308.1 və 313-cü, Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

S.Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərdən birində direktor müavini vəzifəsində çalışır."unikal"


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar