Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yol polisi piyadalara müraciət etdi

Tarix: 22-09-2024 15:15     Baxış: 390 A- / A+


Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Manevr.az müraciətin mətnini təqdim edir:
“Piyadavurma hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.
Yol saldığımız həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən 9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti sutkanın qaranlıq vaxtına təsadüf edib.
Sözsüz ki, bu nəticənin formalaşmasında yolun işıqlandırılması, yol infrastrukturun piyadalar üçün rahat və əlçatan olması kimi amillər də rol oynayır. Lakin yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi, bir sözlə öz həyat və sağlamlıqlarına qarşı aşkar biganəlik nümayiş etdirməsi sonda acı nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar