Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Polis Bakıda internetdə qumar oyunlarının təşkilatçılarını ifşa etdi! Milyonlarla dollar müsadirə edildi

Tarix: 20-09-2024 23:20     Baxış: 371 A- / A+
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Baş İdarənin İnstagram sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrdə vətəndaşların internetdə qumar oyunlarına cəlb olunduqlarını müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, dəstəyə rəhbərlik edən Elmidar İsmayılzadə (1999-cu ildə anadan olub), Eldəniz İsmayılovu (1974-cü il) və daha 30 nəfəri onlayn qumar oyunlarına cəlb edib.

Qrup üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar.

Şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə fəaliyyət göstəriblər. Qumar oyunlarında şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib
Dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2 000000 manat (1,2 milyon ABŞ dollarına yaxın) məbləğində nağd pul vəsaiti maddi sübut kimi götürülüb.

Bundan əlavə, şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20 000000 manatdan (12 milyon ABŞ dollarına yaxın) artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin sözügedən idarəsində Azərbaycan Cinayət Məcəlləsinin 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılıb. İstintaq davam edir. Şəbəkəyə rəhbərlik edən 9 nəfərin barəsində həbs qətimkan tədbiri seçilib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar