"İstisu" mineral sulardan hesab olunur. Tərkibindəki kimyəvi maddələrin, eləcə də mineralların çox olması onu təbii süfrə suyundan fərqləndirir. Təbii süfrə suyu olmadığını mütləq şəkildə vurğulamaq lazımdır".
Manevr.az bildirir ki, bu sözləri metbuat.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, "İstisu"yun tərkibində dəmir, yod, fosfor, sink, maqnezium və yüksək miqdarda litlium var:
"Bu maddələrin çox olması göstərir ki, bu su bir çox xəstəliklərin müalicəsində faydalıdır. Əsasən mədə-bağırsaq, həzm problemi, qaraciyər, öd kisəsi və digər daxili orqanların müalicəsi zamanı "İstisu"dan istifadə etmək olar. Tərkibində kalsium və maqneziumun çox olması dişlərin sağlamlığında da böyük rol oynayır".
Xəbər lenti
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
Məhsəti Hüseynova qeyd edib ki, bu kimi sulardan istifadə edərkən diqqətli olmaq lazımdır:
"Çünki tərkibində minerallar həddindən artıq çoxdur, bəzən gün ərzində çox miqdarda qəbul olunduqda böyrəklərin problemlərinə gətirib çıxara bilər. Həmçinin mədə turşuluğunun artmasına səbəb ola bilər. Çünki bəzən olur ki, insanlar bunu təbii süfrə suyu ilə qarışdırır. Gün ərzində iki fincandan artıq içmək tövsiyyə olunmur. 1 litrdən artıq qəbul edildikdə, orqanizmdə fəsadlar törədə bilər".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar