Xəbər lenti 
					
 
		Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Azərbaycanda 47, 53, 65, hətta 100 min manata avtomobil nömrələri satılır.
Manevr.az-ın məlumatına görə, Bakıda avtomobil bazarında avtomobil qeydiyyat nişanı qiymətləri müxtəlif rəqəmlərlə alıcılara təqdim olunur.
Yol-nəqliyyat hərəkəti üzrə ekspert Rövşən Həsənov deyir ki, avtomobil qeydiyyat nişanlarının alqı-satqısı mümkün deyil və əslində bu prosedurun adı qeydiyyat nişanlarının bir adamın adından başqa adamın adına rəsmiləşdirilməsidir.
Ekspert bildirir ki, nəqliyyat vasitəsinə məxsus dövlət nömrə nişanının alqı-satqısı yalnız Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev "Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür elanlar tamamilə qanuna ziddir.
Hüquqşünaslar isə deyirlər ki, avtomobil nömrələrinin bu şəkildə satılması qanunazidd olsa da, qanunvericilikdə bununla bağlı hansısa cəza və ya inzibati tənbeh tədbirləri nəzərdə tutulmayıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















