
Xəbər lenti
Xalası oğlunun 160 minini TikTokda xərclədi - "Varlı görünmək istəyirdim"

Araşdırmalar zamanı məlum olub ki, F.Məmmədov Kürdəxanı qəsəbəsində tanınmış iş adamı, həm də xalası oğlu E.Qardaşovun rəhbəri olduğu taxıl məhsullarının istehsalı ilə məşğul olan "Agro EM" MMC şirkətində çalışıb. O, 2023-cü il ərzində iş yerinə məxsus 164 040 manat pulu hissə-hissə ödəmə aparatı vasitəsilə TikTokda istifadə edilən jeton almaq üçün xərcləyib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, TikTokda pul xərcləyən və bloqerlərə hədiyyələr göndərənlərin nüfuzu yüksəlir və onlar çox imkanlı insan kimi tanınırlar. Bu səbəbdən özünü var-dövlətli şəxs kimi göstərmək istəyən F.Məmmədov xalası oğluna məxsus pulları jeton almağa və bloqerlərə xərcləməyə başlayıb. O, "blackshark" profili vasitəsilə bloqerlərə çoxsaylı hədiyyələr, hətta 650 manatlıq hədiyyə göndərib.
İstintaq zamanı onun daha əvvəl də dələduzluq əməli törətməsi və həmin işə görə ayağında elektron qolbaq daşıması məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə isə E.Qardaşov xalası oğlundan şikayətçi olmadığını bildirib. O, təqsirləndirilən şəxsi bağışladığını və ona dəyən zərərin F.Məmmədovun valideynləri tərəfindən ödənildiyini bildirib.
Məhkəmənin qərarı ilə F.Məmmədova 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. qafqazinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar