Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vüqar Səfərli Ali Məhkəməyə üz tutdu

Tarix: 17-09-2024 15:34     Baxış: 591 A- / A+

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Manevr.az bildirir ki, qaynarinfo-ya daxil olan məlumatda şikayətin Vüqar Səfərli tərəfindən verildiyi iddia olunur. 

Şikayətə baxılma tarixi hələ ki, müəyyənləşməyib. Vüqar Səfərlinin həyat yoldaşı və oğlu iş üzrə maraqlı şəxs qismində çıxış edir. 

2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 

Vüqar Səfərli və digərləri bu cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb. İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Bakı Ağır Cinayətlərinə göndərilib. 

Məhkəmənin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Digərlərinə isə şərti cəza verilib. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar