Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Allahın hədlər (sədlər) qanunu:”Hədlər bəndələri üçün Allahın məqsədyönlü sınaq məqamlarıdır” - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)

Tarix: 17-09-2024 11:11     Baxış: 3145 A- / A+
     Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanan Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında son 12 il müddətində, Dərgahındakı Kainat Miqyaslı Yaddaş Sistemi olan Lövhi- Məhfuzda qorunan, Ruhülqüds (Cəbrayıl) vasitəsi ilə 23 il ərzində Muhəmməd əleyhisəllama vəhylərlə nazil olunan Quran, izahı yalnız Özünün Qeyb Elminə bəlli Möhtəşəm “Ol qanunu” ilə hər bir şeyə qadir Uca Allahın saymaqla bitməyən Özünəməxsus sifətləri, bəndələri (cinlər və insanlar) üçün yazmaqla tükənməyən sözləri, öyüd-nəsihətləri, əsl tövhid dini olan islam dini, qəza-qədəri, dini hökmləri, halal-haramları, günah və savabları, həddləri (səddləri, qadağanları), haqqı, nahaqı, Allah reallıqlarına inananla ona şəkk edəni ayırd edib bilmək üçün fəaliyyət ssenarisi “vədlər - aldanışlar - nəfslər - xülyalar - cəhənnəm sığınacağı - xilas yolunun bağlı olması - əbədi cəhənnəm” düsturundan ibarət İblisə qiyamətə qədər verilən imkanı, imtahanları, sınaqları, yoxlamaları, tövbələri, ruzisi, tələbləri, tövsüyələri, icazələri, inkarçıların Allah tərəfindən inkar edilməsi qanunu, kafirlərə, digər düz yolda olmayanlara cəhənnəmlə cəza xəbərdarlığı və qorxusu, möminlərə isə cənnətlə mükafat vədləri və müjdələri, peyğəmbər həyatlarından təkrar-təkrar məqsədyönlü xatırlamaları, kainatmiqyaslı qiyamət hadisəsi, axirəti, Muhəmməd peyğəmbərə ehtiramı, tapşırıqları, məsləhətləri, tövsüyələri, 1-ci (mələklər); 2-ci (cinlər); 3-cü (insanlar); 4-cü (Cənnət üçün yeni bir yaradılışla, - doğulmadan yaradılacaq hurilər) və 5-ci (Cənnət əhli üçün yaradılacaq həmişəcavan xidmətçi oğlanlar) varlıqlar, elmlər, xüsusi ilə təbiət elmləri və dialektikanın dünyəvi elmlərə məlum və məlum olmayan bəzi qanunlarına işarələr (eyhamlar) çərçivəsində taktiki (dünya həyatı) və strateji (axirət) əhəmiyyətli Mütləq Kitabında Allahın düşünən insanlar üçün xüsusi işarələrlə (eyhamlarla) diqqətə gətirdiyi çoxsaylı məsələlər ilə bağlı mindən artıq ad altında sistemləşdirilmələri nəticəsində təqdim edilən “Allahın hədlər (sədlər) qanunu: Hədlər bəndələri üçün Allahın məqsədyönlü sınaq məqamlarıdır - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)” adlı aktual silsilədən olan növbəti yazını Manevr.az-ın oxucularına təqdim edirik.


Quranda hədlərlə bağlı ayələr (ixtisarla):

2.60.Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: "Əsanı daşa vur!" - dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!" (söylədik). 2.187. Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar! 2.190. (Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz! 2.194. (Döyüş) haram olan ay [hicrətin 7-ci ilinin zülqədə ayı) (döyüş)] haram olan ay (hicrətin 6-cı ilinin zülqədə ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmim ölçüdə həddi aşın (cavab verin). Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir. 4.14. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. 5.78. İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lə’nət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. 5.87. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak ne’mətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz! 5.94. Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) şiddətli bir əzab gözləyir! 6.119. Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır! 6.145. (Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.

Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)". Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir! 6.146. Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq! 7.163. (Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə- dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik. 9.10. Onlar bir mömin barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır! 10.12. İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi. 10.74. Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar mö’cüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların ürəklərini belə möhürləyirik. 11.112. (Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir! 18.14. Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq!" - dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik. 20.127. Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir! 21.9. Sonra onlara verdiyimiz və’di yerinə yetirdik. (Peyğəmbərlərə) və istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik. 23.7. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). 25.21. Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): "Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb- danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cür’ət etməklə) azğınlaşıb həddi çox aşdılar. 26.151. (Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)! 36.9. Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mə’nən kordurlar). 36.19. (Elçilər) dedilər: "Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!" 39.53. (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! 43.5. Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi?!) 50.25. Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni! 50.26. O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!" 65.1. (Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar) 65.3. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir. 79.17. "Fir’onun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır). 83.12. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Nəticələr 1.Allah kainat miqyaslı bütün yaradılışına hədlər (sədlər, qadağanlar) qoyduğu halda, Özü isə hədlərdən (sədlərdən, qadağanlardan) kənar olan Bir Mütləq Varlıqdır. 2. Bəndələri (cinlər və insanlar) üçün Quranda təsvir edilən hədlər (sədlər) Allahın hökmləridir 3.Qeyd edilən Quran ayələrində düşünən insanlara müvafiq işarələri (eyhamları) ümumiləşdirərək belə yekunlaşdırmaq olar, - “Allahın hədlər (sədlər) qanunu: Hədlər bəndələri (cinlər və insanlar) üçün Allahın məqsədyönlü sınaq məqamlarıdır” Əsas mənbə: 1.Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992. Qeyd edək ki, professor R.A.Daşdiyevin Moderator.az saytnda dərc edilən aşağıdakı məlumatları da məhz Quran ayələri ilə bağlıdır: “Azərbaycan alimlərinin Quran ayələri əsasında Elmi Hipotezi” adlı məlumat.

Ilk dəfə 12.11.2023 tarixində (22:35) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/cemiyyet/703915/azerbaycan- alimlerinin-quran-ayeleri-esasinda-elmi-hipotezi-foto/ “Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi” adlı məlumat 07.05.2024 tarixində (17:10) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/elmvetehsil/767480/zem-zem- suyunun-sirlerinin-acilmasi-istiqametinde-azerbaycanli-alimin-elmi- kesfi/ “Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın Qeyb Elminə bəllidir” adlı araşdırma nəticəsi 13.05.2024 tarixində (11:23) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/768742/quranda-qeyd- edilen-4-cu-ve-5-ci-varliqlarin-neden-yaradilmasi-bilgileri-yalniz- allahin-qeyb-elmine-bellidir/ “Əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 16.06.2024 tarixində (10:47) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/779607/quranda-eksliklerin-vehdeti-ve- mubarizesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler- eyhamlar-gresen-hegelin-xeberi-olubmu/ “Quranda İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 05.07.2024 tarixində (10:45) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/cemiyyet/785065/quranda-inkarcilarin- allah-terefinden-inkar-edilmesi-qanunu-ile-bali-dusunen-insanlar- ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/ “Quranda dialektika qanunları ilə izah oluna bilməyən Allahın Ol qanunu - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi 18.07.2024 tarixində (10:57) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): //moderator.az/az/ekskluziv/789411/quranda-dialektika-qanunlari- ile-izah-oluna-bilmeyen-allahin-ol-qanunu-gresen-hegelin-xeberi- olubmu/ “Dünya təcrübəsində Quran ayələri əsasında ilk Elmi Kəşf 2024-cü ildə Almaniyada Azərbaycan alimlərinin adına qeydiyyatdan keçmişdir – lakin bu bir başlanğıcdır...” adlı məlumat 24.07.2024 tarixində (11:40) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): https://moderator.az/az/ekskluziv/791321/dunya-tecrubesinde-quran-ayeleri-esasinda-ilk-elmi- kesf-2024-cu-ilde-almaniyada-azerbaycan-alimlerinin-adina-qeydiyyatdan-kecmisdir-lakin-bu- bir-baslanicdir/ “Dərgahındakı Lövhi-Məhfuz kitabının Allahın Kainat Miqyaslı Yaddaş Sistemi olması – Quranda düşünən insanlar üçün müvafiq işarələr (eyhamlar)”adlı məlumat 08.08.24 tarixində (19:45) Moderator.az saytinda dərc edilmişdir (Ekskluziv): https://moderator.az/az/ekskluziv/795985/dergahindaki-lvhi-mehfuz- kitabinin-allahin-kainat-miqyasli-yaddas-sistemi-olmasi-quranda-dusunen- insanlar-ucun-muvafiq-isareler-eyhamlar/.


Rahim  Daşdiyevi


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar