Xəbər lenti
Azərbaycanda vəzifəli şəxslər cərimələndilər
Biləsuvar rayon Bələdiyyəsinin ardınca İsmətli, Dəvrişli, Səmədabad, Nəsimi, Əsgərabad, Aşağı Cürəli, Yuxarı Cürəli, Çaylı, Yuxarı Ağalı bələdiyyələrinin sədrləri haqqında İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Qeyd edək ki, protokollar təsdiq edilərsə, bələdiyyə sədrləri 1000 manat məbləğində cərimə ediləcəklər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Biləsuvar bələdiyyəsinin sədri İlqar Vəlixan oğlu Abasova və rayonun Yuxarı Ağalı bələdiyyəsinin sədri Ehtibar Dəmir oğlu Əcəmova cərimə yazıb.
Buna səbəb bələdiyyə sədrlərinin yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozması olub.
Belə ki, nazirlik bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib. İşlər hakim Rəfayil Əliyev və Mədinə Rəsulovanın sədrliyi ilə araşdırılacaq.
Protokol tərtib olunan maddədə deyilir ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar