Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxslər cərimələndilər

Tarix: 16-09-2024 21:19     Baxış: 356 A- / A+
Azərbaycanda vəzifəli şəxslər cərimələndilərBiləsuvar rayonunda yerləşən bələdiyyələrin sədrləri ilə bağlı toplu şəkildə inzibati protokol tərtib edilib.

Biləsuvar rayon Bələdiyyəsinin ardınca İsmətli, Dəvrişli, Səmədabad, Nəsimi, Əsgərabad, Aşağı Cürəli, Yuxarı Cürəli, Çaylı, Yuxarı Ağalı bələdiyyələrinin sədrləri haqqında İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Qeyd edək ki, protokollar təsdiq edilərsə, bələdiyyə sədrləri 1000 manat məbləğində cərimə ediləcəklər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Biləsuvar bələdiyyəsinin sədri İlqar Vəlixan oğlu Abasova və rayonun Yuxarı Ağalı bələdiyyəsinin sədri Ehtibar Dəmir oğlu Əcəmova cərimə yazıb.

Buna səbəb bələdiyyə sədrlərinin yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozması olub.

Belə ki, nazirlik bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib. İşlər hakim Rəfayil Əliyev və Mədinə Rəsulovanın sədrliyi ilə araşdırılacaq.
Protokol tərtib olunan maddədə deyilir ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. modern.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar