Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazim Bəydəmirli vəkildən imtina etdi - 9 il həbsi tələb olundu

Tarix: 16-09-2024 17:36     Baxış: 450 A- / A+
Nazim Bəydəmirli vəkildən imtina etdi - 9 il həbsi tələb olundu
Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşır. 


Manevr.az
-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bütün zərərçəkmişlər və şahidlər dindirilib. İş materialları tədqiq edilib.

Prosesə sədrlik edən hakim bugünkü iclasda məhkəmə istintaqının tamamlanmasını təklif edib. Amma Bəydəmirli buna etiraz edib. O, susmaq hüququndan istifadə etdiyini deyərək vəkili Aqil Layıcdan da imtina etdiyini bəyan edib.

Vəkil ondan imtina etməsi ilə bağlı rəsmi şəkildə yazıb məhkəməyə ərizə verməsini istəyib. Aqil Layıc özü də məcbur müdafiədə qalmaq istəmədiyini bildirib. 

Amma Nazim Bəydəmirli şüşə qəfəs arxasında yazdığı ərizədə Aqil Layıcdan deyil, ümumiyyətlə, müdafiədən imtina etdiyini qeyd edib. 

Hakim ona izah edib ki, qanunun tələbinə görə o, müdafiədən imtina edə bilməz. Yəni Aqil Layıc olmazsa, ona dövlət hesabına vəkil təyin ediləcək.

Onun şikayəti düzgün tərtib edilmədiyindən, əsassız hesab edilib. 

Bundan sonra məhkəmə istintaqı tamamlanıb, prokuror ittiham nitqi ilə çıxış edib. O, Nazim Bəydəmirlinin hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilməsini istəyib. 

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib. 

Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb."qafqazinfo”


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar