Xəbər lenti
Britaniyalı qadın eyni uşağı iki dəfə dünyaya gətirdi

Bu barədə "Daily Mail" xəbər yayıb.
Bildirilir ki, həkimlər hamiləliyin erkən mərhələsində dölə onurğada yırtıq (Spina bifida) diaqnozu qoyublar. Xəstəliyin irəliləməsinin qarşısını almaq üçün hamiləliyin altıncı ayında britaniyalı qadına mürəkkəb əməliyyat aparılıb - həkimlər dölu çıxarıb, qüsurun bir hissəsini düzəldib və uşağı sonrakı bətndaxili inkişaf üçün yenidən bətnə yerləşdiriblər.
Körpənin ikinci dəfə dünyaya gəlişi isə 38-ci həftədə baş verib. Bu dəfə doğulmuş körpə reanimasiya şöbəsində 8 gün qalıb və daha bir neçə əməliyyat keçirib.
Həkimlərin proqnozlarına görə, diaqnozu səbəbindən uşaq heç vaxt gəzməyə bilərdi. Bununla belə, valideynlərin səyləri və intensiv fizioterapiya sayəsində körpə bir il ərzində əhəmiyyətli uğurlar əldə edib. Bu, oğlanın gələcəkdə müstəqil gəzə biləcəyinə ümid verir.
Qeyd edək ki, Böyük Britaniyada hər il təxminən 600 uşaq onurğada yırtıqla doğulur. Lakin uşağın iki dəfə doğulması olduqca nadir hadisədir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar