Xəbər lenti
Bakı-Xocalı-Xankəndi-Şuşa reysi açılır
“Böyük Qayıdış” proqramı çərçivəsində sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Bakı-Şuşa istiqamətində biletin qiyməti 14,8 manat, Bakı-Xankəndi istiqamətində 14,2 manat, Bakı-Xocalı istiqamətində isə 13,9 manat təşkil edir.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































