Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bu məzarlıqda azərbaycanlının 6 milyonu və 6 kq qızılı axtarılır - Şəkil

Tarix: 14-09-2024 08:47     Baxış: 4348 A- / A+
Türkiyədə azərbaycanlı iş adamına məxsus 6 milyon dollar və 6 kiloqram qızılın məzarlıqda gizlədildiyi iddia edilir.

FETÖ tərəfindən adı açıqlanmayan azərbaycanlı iş adamının külli miqdarda pul və qızılları ələ keçirilərək, Yalova şəhər qəbiristanlığında gizlədildiyi iddia olunur.

Bunu eşidən insanlar Yalova şəhər qəbiristanlığına gələrək, məzarları qazırlar. 3 ay ərzində yan-yana qəbirlər qazaraq pul və qızıla çatmağa çalışan şübhəlilərin bu məlumatı haradan əldə etməsi maraq doğurur.

Artıq qəbiristanlıqda məzar qazan 4 xəzinəaxtaran saxlanılıb. Saxlanılan şəxslər sonradan məhkəmə tərəfindən sərbəst buraxılıblar. 2 ay əvvəl də sözügedən qəbiristanlıqda məzar qazan 2 nəfər saxlanılmışdı.

Bir neçə gün əvvəl avtomobillə qəbiristanlığa gələrək orada məzar qazmağa başlayan E.A. adlı şəxs saxlanılıb. O, polis tərəfindən dindirilib.

İddia edilir ki, məzar qazan şəxslər İstanbul Beykoz Bələdiyyəsinin işçiləridir. qaynarinfo

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar