Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - Video

Tarix: 13-09-2024 19:50     Baxış: 362 A- / A+


Qusarda bir qrup sahibkara qarşı səlib yürüşünə başlanıb. Söhbət Qusar rayonu, Samur qəsəbəsi, “Samur” Gömrük-Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarlardan gedir.
Manevr.az xəbər verir ki, sahibkarlar Vətəninfo.az-a müraciət edərək çətin duruma düşdüklərini dilə gətiriblər. Sahibkarlar iddia edir ki, onların sahibkarlıq fəaliyyətini həyata keçirdikləri ərazi Rusiyada yaşayan iş adamı Qod Nisanovun xoşuna gəlib.
İş adamı sahibkarlarla deyil, icra başçısı Sahir Məmmədxanovla razılaşmaya gedərək sahibkarlara təzyiq edir. Sahibkarların sözlərinə görə bir neçə gündür ki, onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı və qazı kəsilib. Artıq icra başçısının göstərişi ilə bu obyektlərə dünəndən su da verilmir. Sahibkarlar bildirir ki, onlara qarşı təziqlərin arxasında Rusiyada yaşayan iş adamı Qod Nisanov və onun adamları durur. Bundan əlavə iş adamları bildirir ki, Qod Nisanovun himayəçisi rolunda isə icra başçısı Sahir Məmmədxanov və rayonun məmurları var.
“Turist” kafesinin sahibi Talıbov Ramin Rodin oğlu, “Ukraina” kafesinin sahibi Səlimov Teymur İkram oğlu, “Rossiya” kafesinin sahibi Xəlilov Hikmət Nəsrəddin oğlu ən çox təziq edilən sahibkarlardır. Onlara öz mülkiyyətlərindən imtina etmək üçün vaxt verilib. Bir sözlə icra başçısı Sahir Məmmədxanov və əlaltıları birləşərək sahibkarlara divan tutur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar