Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hamı bu maşınları alır - Qiyməti sərfəli, ehtiyat hissələri ucuzdur

Tarix: 12-09-2024 16:47     Baxış: 4114 A- / A+

Azərbaycan Beynəlxalq Bankının araşdırmasına görə, ötən il ərzində ən populiyar avtomobil brendi Rusiyanın "Lada" markası olub. Bankın tərtib etdiyi siyahıya əsasən, ikinci pillədə Almaniyanın dünyaca məşhur "Mercedes" brendi qərarlaşıb.
Maraq üçün qeyd edək ki, "Hyundai" avtomobilləri populyarlığına görə 3-cü yeri tutub, "Toyota" markası isə 4-cü sırada yer alıb. "Lada" artıq illərdir ki, analoji siyahılara başçılıq etməkdədir. 
Manevr.az xəbər verir ki, yenisabah.az yerli alıcıların niyə məhz bu avtomobillərə maraq göstərməsini araşdırıb.Öncə onu qeyd edək ki, "Lada" bir çox texniki və komfort parametrlərinə görə, dünya brendlərindən xeyli dərəcədə geri qalır. Məhz bu səbəbdəndir ki, VAZ-ın satış arealı keçmiş post-sovet məkanından kənara çıxa bilmir. Hətta Litva, Latviya və Estonya kimi ölkələrdə də öz bazar liderliyini çoxdan itirib. socar vakansiya
Azərbaycanda isə "Lada"nın modellərinə tələbat hələ də yüksəkdir. Bunun isə bir sıra özünəməxsus səbəbləri var. İlk öncə bu avtomobillər insanlar arasında "dədə-baba" maşınları kimi, artıq "doğmalaşıb". Bu markanın "VAZ-2107", "VAZ-2106", "Niva" kimi modelləri gənclər arasında olduqca populiyardır. Belə desək, "Lada"nın reklamını elə məhz alıcıların özü yaradır. 
Digər tərəfdən, bu maşınların ehtiyat hissələrini əldə etmək, ustalarını tapmaq olduqca asandır. Azərbaycanda bu nəqliyyat vasitələrinin sovet dövründə gedib çıxan oturuşmuş ənənəsi var. "Lada" maşınlarının yanacaq sərfiyyatı da olduqca münasibdir. Xüsusən, region yollarında və qeyri-asfalt şəraitində bu avtomobillər yüksək performansa malik olur. 
Lakin "Lada"nın mənfiləri də çoxdur. Hər şeydən qabaq, bu maşınlar qəzalar zamanı olduqca dözümsüzdür. Xüsusən əyləc sisteminin zəif olması və hava yastığı kimi təhlükəsizlik avadanlıqlarının olmaması bu avtomobilləri insan həyatı üçün ciddi təhlükəyə çevirir. Digər mənfi nüans isə komfortla bağlıdır. "Qranta", "Priora" və "Kalina" kimi son modellərində belə müasir standartlarında komfort demək olar ki, təmin edilməyib. Ümumiyyətlə, Rusiyanın avtomobil istehsalında aradan qaldıra bilmədiyi ən böyük problem də məhz budur. 
Satış saytlarına, maşın bazarına nəzər salsaq, hələ uzun illər "Lada"nın Azərbaycan avtoparkında liderliyini qoruyacağını demək olar. Elektromobillərdən istifadəyə təşviq, hibrid maşınların instensiv idxalı belə bu tendensiyanı qırmağa hələki qadir deyil. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar