Xəbər lenti
Ata qızının başına təhlükəsizlik kamerası taxdı
Pakistanda ata qızının başına təhlükəsizlik kamerası taxaraq onu izləməyə başlayıb.Qızının başına təhlükəsizlik kamerası yerləşdirən ata bu davranışı ilə sosial şəbəkədə müzakirələrə səbəb olub.
Qadın kameranı atasının quraşdırdığını və məqsədinin onun hər hərəkətini izləmək olduğunu bildirib. O, atasının qərarına qarşı çıxmadığını və bunun özünü qorumaq üçün edildiyini deyib.
Gənc qadın deyir ki, ailəsi Kəraçidə bir qadının öldürülməsindən sonra bu tədbiri görüb. Bənzər bir təhlükə ilə üzləşə biləcəklərini düşünən ailə təhlükəsizlik baxımından bu üsulu zəruri görür.
Sosial şəbəkələrdə "yüksək səviyyəli təhlükəsizlik" adı ilə paylaşılan görüntülər qısa zamanda minlərlə insan tərəfindən izlənilib. İstifadəçilərin əksəriyyəti bu vəziyyətə gülərək reaksiya verib.
Bu hadisə bəzi cəmiyyətlərdə qadınların ailələrinin bu addımı atacaq qədər təhlükədə olması ilə bağlı narahatlığı ortaya qoyur. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































