Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Doğulduğunuz gün haqqımızda nə deyir? - VACİB MƏQAMLAR

Tarix: 11-09-2024 09:15     Baxış: 334 A- / A+
Doğulduğunuz gün haqqımızda nə deyir? - VACİB MƏQAMLAR
Astrologiyaya görə, doğulduğunuz gün xarakterinizə və şəxsiyyət xüsusiyyətlərinizə böyük təsir göstərir. Hər günün özünəməxsus enerjisi və təsiri var. Bu, insanların doğulduğu günün xüsusiyyətlərini daşımasına səbəb olur.
Manevr.az insanların doğulduğu günlərə görə xarakter xüsusiyyətlərini təqdim edir:
Bazar ertəsi: AY GÜNÜ 
Emosional yüksəlişlər və enişlər ola bilər. Bazarertəsi dünyaya göz açan insanlar həssas və emosional şəxslərdir. Dəniz kənarı və çimərlik hər zaman onlara müsbət təsir edir. Bu gün doğulanlar mütləq dənizi görməlidir. Təbiətcə sahibkar və fədakar olurlar. Onların duyğuları məntiqdən əvvəl gəlir.
Çərşənbə axşamı: MARS GÜNÜ
Döyüşkən və mübarizəçi xüsusiyyətləri var. Onların fiziki enerjisi çox olur. Mütləq idmanla məşğul olmalıdırlar. Heç vaxt təslim olmurlar, həmişə ağıllarına gələnə nail olurlar. Cəsarətlidirlər. Fiziki iş üçün çox uyğun gücləri var. Təşəbbüskar, açıq fikirli xarakterə malikdirlər. Ənənəvi fikirləri sevmir və fərqli düşüncələrlə çıxış edirlər.
Çərşənbə: MERKURİ GÜNÜ
Onların ünsiyyət bacarıqları çox güclüdür. Satış və marketinqdə çox bacarıqlıdırlar. Onların inandırma qabiliyyəti çox yüksəkdir. Hər şeyi açıq danışmaq onların ilk seçimidir. Praktikdirlər. Tez öyrənirlər və müəllimlik qabiliyyətinə malikdirlər. Bu gündə doğulanlar musiqidən həzz alır. Zinyət əşyalarından istifadə etməyi xoşlayırlar. Xatirələrlə yaşamağa üstünlük verir və bundan həzz alırlar.
Cümə axşamı: YUPİTER GÜNÜ
Cümə bolluq gətirir. Bu gündə doğulanlar maddi mövzularda şanslı olur. Onlardan yaxşı dost və sirdaş olur. Paylaşmağı bacaran, heyvanları sevən, mərhəmətli insan olurlar. İnsanları anlamağı və özlərini onların yerinə qoyub düşünməyi bacarırlar. Bu səbəbdən insanlar onlardan məsləhət alırlar. 6-cı hissləri çox yüksəkdir. Ürəkləyinə daman nədirsə, o da reallaşır.
Cümə: VENERA GÜNÜ
Əgər şəxs qadındırsa, onun qadın enerjisi yüksək olacaq. Həmçinin, aurası da yüksəkdir. Bu gün doğulan şəxs incəsənətlə maraqlana bilər. Geyimi, dəbi və gözəlliyi anlayır və estetik zövqə malikdirlər. Kommersiya məsələlərində şanslıdırlar. Özgüvənləri yüksəkdir. Daxil olduqları istənilən mühitdə mütləq diqqəti öz üzərlərinə çəkirlər.
Şənbə: SATURN GÜNÜ
Şənbə günü dünyaya gələnlər çox səbirlidir. Məsuliyyət sahibi olmağı bacarırlar. Kənardan ciddi və uzaq görünürlər. Dərhal səmimi olmaq onlara görə deyil. Etibarlı insandırlar, ətrafdakılar onlara güvənir, məsləhət almaq üçün sağlam fikirləri var. Belə şəxslər hər kəsi inandıra və yol göstərə bilirlər. Nizam-intizamı sevir, bir insanı silsələr birdəfəlik əlaqəni kəsirlər.
Bazar: GÜNƏŞ GÜNÜ
Bu şəxslərdə liderlik keyfiyyətləri var. Mükəmməl bir menecer ola bilərlər. Xarakterlərində qoruyucu və sahiblənən xüsusiyyətlər var. Özlərinə uyğun qaydaları var. Yalanı sevməzlər və dürüstlüyə dəyər verirlər. Həmişə "b" planları var. Hər işdən asanlıqla çıxmağı bacarırlar.(Yenisabah.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar