Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosuna gizli girən əcnəbilərin cəzası bilindi

Tarix: 10-09-2024 15:37     Baxış: 3111 A- / A+
Bakı metrosuna gizli girən əcnəbilərin cəzası bilindi
Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bu barədə təqsirləndirilən fransızın vəkili Elçin Sadıqov məlumat verib.

Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilirdi.

Onlar metro vaqonlarını rənglədiklərinə görə xuliqanlıqda və əmlakı qəsdən məhv etmə və ya zədələməkdə ittiham olunublar.



Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Gültəkin Əsədovanın hökmü ilə Klerk Teqo Hüqoya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Digərləri isə 6 min 800 manat cərimə cəzasına məhkum edilib. Müttəhimlərə zərərçəkmiş quruma vurulmuş ziyan da tam ödətdirilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində baş verib.

Manevr.az

 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar