Xəbər lenti
Namiq Hacıheydərlisiz təqvim...
Bu gün tanınmış araşdırmaçı — yazar Namiq Hacıheydərlinin doğum günüdür.
Xatırladaq ki, Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib.
Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib. Yaradıcılığı Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
Namiq Hacıheydərli ona yaxın kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
2009-cu ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı"na, 2013-cü ildə "Türk dünyasına xidmət ödülü"nə, 2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən "2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ"nə layiq görülüb.
Bu ilin aprel ayında xəstəlikdən əziyyət çəkən Namiq Hacıheydərli qəfl komaya düşərək, vaxtsız vəfat etdi.
Namiq Hacıheydərlinin yadigarı — kiçik qızı Leyla Banu Heydərova yazır:
“Bu gün (8 sentyabr), mənim canım atam — Namiq Hacıheydərlinin doğum günüdür. Hər il doğum gününə bir gün qalmış, gecə saat 12 — də atama sürpriz edərək doğum gününü təbrik edərdik.
Bu il isə... əlimdən gələn sadəcə bir qucaq qərənfillə atamın məzarını ziyarət etmək olacaq...
Atam 49 yaşını tamamlaya bilmədi... Əgər ömürdən ömürə pay vermək mümkün olsaydı yaşını tamamlaya bilməsi üçün ömrümdən atamın ömrünə bağışlayardım. Daim həyat eşqi ilə yaşayan adam üçün 49 yaşın özü nə idi ki?...
Hər doğum günündə ona can sağlığı arzu edərdim, bu dəfə isə ruhunun şad olmasını diləyirəm.
Mənim vaxtsız gözdən itənim, əbədiyyətə üz tutanım, yaşamağı hamıdan çox istəyib də ömrü vəfa etməyən atam, hər zaman qəlbimdəsən, sənin adını daim yaşadacağam, ruhun şad olsun! Bizdən ayrı keçən ilk doğum günün mübarək!”
Əziz oxucular, bu məqamda ölümündən bir neçə gün öncə Namiq Hacıheydərlinin "Əlisəmidin ələyi" adlı son şeirini sizlərə təqdim edirik:
Əlisəmidin ələyi
(şair Əlisəmid Kürə)
Əlisəmid Kürü gördüm bu gün metroda
Hər zamankı kimi dürüstlük, doğruluq qoxuyurdu.
Bir qartal süzürdü alnının qırışında
Ruhunda orkestr himn oxuyurdu.
Tərəzisi düz çəkirdi hər zamankı kimi
İnsanlığı, etibarı, sədaqəti...
Dəqiq çəkir onun tərəzisi
Dəyişməmişdi,
Təkcə saçının ağlığı
Bir az da alnının qırışı artmışdı.
Bir az müdrikliyi, təmkini,
Bir az özüylə vuruşu artmışdı.
İçkini atmışam – dedi –
Bəsdi, yetmişə çatmışam – dedi;
...Ələyindən keçənlərdən,
Keçməyənlərdən danışdı.
Dirilik suyunu içənlərdən
İçməyənlərdən danışdı.
...Qatar da sürəti azaltmışdı,
Bəlkə də ilk dəfə
İşləmirdi, dincəlirdi, yaşayırdı qatar.
Fərqində idi;
Əlisəmid Kürü daşıyırdı qatar.
“Nəriman Nərimanov”da hamını düşürdü.
Qatar depoya
Əlisəmid işə getdi.
Yox, yox,
Ağ saçlı “Kentavr” döyüşə getdi...
...Gördüm ki;
Əlisəmidin ələyindən keçmək
Dirilik suyunu içmək kimidi.
Qıl körpüsündən keçmək kimidi;
Əlisəmidin ələyindən keçmək...
Onun əngin dünyasında
Azadlıq var, zülüm yoxdu,
Əlisəmidin ələyindən keçənlərə ölüm yoxdu...
Namiq Hacıheydərli
23 aprel 2024

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar