Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dalağı əvəzinə səhvən qaraciyəri kəsilən xəstə öldü

Tarix: 06-09-2024 08:22     Baxış: 3103 A- / A+
ABŞ-ın Florida ştatında həkim əməliyyat zamanı dalağı yerinə qaraciyəri çıxarılan xəstənin ölümünə səbəb olub.

 "The Guardian" qəzetinin yazdığına görə, avqust ayında dünyasını dəyişən Uilyam Brayanın ailə vəkili məsələ ilə bağlı açıqlama verib.

Vəkil bildirib ki, Alabamada yaşayan Uilyam Brayan və həyat yoldaşı Beverli Floridadakı kirayəlik evlərinə gedərkən, 70 yaşlı Uilyam bədəninin sol tərəfində ağrı hiss edib və xəstəxanaya aparılıb.

Həkimlərin Brayanın dalağında problem olduğunu və əməliyyat olunmasını tövsiyə etdiyini deyən vəkil ailənin əvvəlcə bu təklifə həvəsli olmadığını, sonradan xəstəxanadakı həkimlər tərəfindən razılaşdırıldığını bildirib.

Vəkil iddia edib ki, həkim Tomas Şaknovski avqustun 21-də qapalı dalaq əməliyyatı adlanan laparoskopik splenektomiya üsulu ilə əməliyyat keçirib, lakin əməliyyat zamanı o Uilyamın dalağı əvəzinə qaraciyərini çıxarıb.

Şaknovskinin əməliyyat zamanı çıxardığı orqanın dalaq olduğunu iddia etdiyini deyən vəkil, xəstənin ölümündən sonra sözügedən orqanın əslində qaraciyər olduğunun üzə çıxdığını bildirib.

Brayan ailəsinin vəkili qeyd edib ki, onlar həkimin işdən çıxarılmasını xahiş ediblər.

Xəstəxanadan verilən açıqlamada iddialarla bağlı istintaq açıldığı bildirilib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar