Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi

Tarix: 03-09-2024 19:16     Baxış: 363 A- / A+


"Conco" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı İlham Şıxseyidov cərimələnib.
Manevr.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti İlham Şıxseyidova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.
Bu maddə əmək qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
İlham Şıxseyidov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Xalidə Əlisoy iş üzrə hakim təyin edilib.
"Conco" QSC 3 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 000 manatdır. Şirkət dövlət satınalmalarında fəal iştirak edir. Şirkət ötən il Elm və Təhsil Nazirliyinin 18 milyonluq tenderinin qalibi seçilib. Tender Şuşa Real Məktəbinin binasının bərpası işlərinin satın alınması ilə bağlı olub. Bundan bir il əvvəl isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şəhərdə 8 yaşayış binasının tikintisi ilə əlaqədar 15 milyon manatlıq tenderin qalibi seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar