Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Bakıkart" tətbiqi işləmir, amma balansdan pul çıxır - Şikayət

Tarix: 03-09-2024 18:27     Baxış: 3154 A- / A+


"BakıKart" tətbiqi bir aydan çoxdur ki, çöküb. "BirBank" tətbiqindən QR-kod vasitəsilə ödəmə zamanı da nə qədər cəhd etdirsən, aktivləşmir, 2-3 saatdan sonra isə görürsən ki, bütün cəhdlərinin pulu kartdan çıxıb, baxmayaraq ki, istifadə edə bilməmisən.
Manevr.az xəbər verir ki, Kapital Bank ASC-nin İctimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva Oxu.az-a bildirib ki, "BakıKart"ın mobil tətbiqində yaranan narahatlığa baxmayaraq, "Birbank" mobil tətbiqində QR-bilet yaratmaq mümkündür.
"Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün "Birbank" mobil tətbiqində QR-bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 30 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qayıdır.
QR-bilet yaratmaq imkanı "BakıKart" tərəfindən təqdim edilən API vasitəsi ilə həyata keçirilir. Sistemdə yaranan problemlə əlaqədar olaraq 31 avqust tarixində müştərinin balansından silinmə baş versə də, biletdən istifadə etmək mümkün olmayıb.
Qısa zamanda "BakıKart" tərəfindən sistemdə yaranan texniki xəta həll edilib və hazırda ödəniş, eləcə də biletdən istifadə uğurla həyata keçirilir. İstifadə edilməyən biletə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılacaq", - deyə açıqlamada vurğulanır

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar