Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakını bürüyən tozun mənşəyi bilindi

Tarix: 02-09-2024 14:40     Baxış: 354 A- / A+

"Tozun özünün də tərkibi araşdırılmalıdır. Görək ki, bu tozun mənşəyi nədir? Sənaye mənşəlidir, yoxsa torpaqdan qalxır, yaxud da külək gətirir". 
Manevr.az bildirir ki, bunu Qaynarinfo-ya ekoloq Xosrov Musayev səhər saatlarında Bakını toz bürüməsi ilə bağlı danışarkən deyib. Ekoloq bu sahədə hər hansı bir addımın atılmadığını diqqətə çatdırıb:
"Bu tez-tez Bakıda təkrarlanan hadisədir. Bunun bir izahı olmalıdır. Şəhərin içərisində müəyyən problemlər yaradır, görüntünü məhdudlaşdırır. Bəlkə bunu kənardan külək gətirir? Havanın, suyun sərhədi yoxdur. Hər hansı bir ölkənin havasının çirklənməsi digər ölkənin ərazilərinə keçə bilər. Bunun qarşısını almaq qeyri-mümkündür".


Ekoloq hesab edir ki, Bakı şəhərində yerləşən sənaye müəssisələrinin ətraf mühitə atdığı tullantılar da havanı çirkləndirir:
"Mən bir dəfə bu mövzu ilə bağlı araşdırma apardım və gördüm ki, bununla bağlı heç bir elmə əsaslanmış fikir yoxdur. Hərə bir şey yazır, heç nə də başa düşmək olmur. Ona görə də hesab edirəm ki, bu məsələnin araşdırılmasına ehtiyac var. Bakı meqapolisdir, əhalinmin yarısı burada məskunlaşıb. Avtomobillərin də 50%-i Bakıdadır".
Xosrov Musayev vurğulayıb ki, bütün bunlar atmosferin çirklənməsinə səbəb olur:
"Ola bilər ki, bir az aralıda olan sənaye müəssisələridir, külək vasitəsi ilə şəhəri bürüyüb. Tozun tərkibindən nümunə götürülməlidir. Havanın özünü də müəyyən etmək üçün müxtəlif tədqiqat üsulları var”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar