Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılara görə polis işdən çıxarılıb həbs olunacaq

Tarix: 30-08-2024 10:51     Baxış: 4236 A- / A+


Azərbaycanlılara görə polis işdən çıxarılıb həbs olunacaq
Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə müstəntiqləri səhlənkarlıqda və saxta sənəddən istifadə etməkdə təqsirləndirilən polisə qarşı cinayət işinin istintaqını başa çatdırıblar.
Manevr.az-ın məlumatına görə, istintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər iki Azərbaycan vətəndaşının saxta qeydiyyatı faktlarını müəyyən etmək üçün onların miqrasiya qeydiyyatı ünvanlarının yoxlanılmasını təşkil etməyiblər. Nəticədə həmin vətəndaşlara əsassız olaraq hüquq sənədləri verilib.
Qeyd edək ki, 2023-cü ilin mart ayında azərbaycanlılar yerli sakini döyərək öldürüblər. Təqsirləndirilən polis qanun pozuntularını ört-basdır etmək üçün öz işçisinə bu vətəndaşlardan birinin yaşayış yerini yoxlamaq üçün saxta sənəd hazırlamağı tapşırıb.

Bu, daxili təhlükəsizlik xidmətinə məlum olub. Cinayət işi məhkəməyə göndərilib. Polisin təqsiri sübuta yetirilərsə, o, daxili işlər orqanlarından xaric edilir və qanunla müəyyən edilmiş məsuliyyət daşıyır.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar